Son yeniləmə: 24 Yanvar 2024 13:49
BAYRAQDAR MEDİA – Yanvar ayı üzrə bütün sosial ödənişlər yanvarın 26-da ödənilməsi nəzərdə tutulub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Onu da vurğulayaq ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə Azərbaycanın bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları və güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.