Press "Enter" to skip to content

Müşavirə: Teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyəti

Müşavirə zamanı

BAYRAQDAR MEDİA – Yanvarın 22-də Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə teatr-tamaşa və konsert müəssisələrinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə deyilir ki, “müşavirədə mədəniyyətə dövlət qayğısından danışan nazir bildirib ki, Azərbaycanda bu sahənin inkişafına xüsusi diqqət yetirilir. A.Kərimli Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətlərinin kompleks inkişafına xidmət edən ardıcıl addımlar atıldığını, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin, bu sahədə çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqətdə saxlanıldığını deyib. O, həmçinin qeyd edib ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən mədəniyyətin inkişafı, təbliği, xüsusilə də mədəniyyət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilir”.

Müşavirədə müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi riayət olunması, tamaşaçıların və işçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlərin görülməsi və s. danışılıb. Eləcə də bədii şuraların fəaliyyətinin canlandırılması, kollektivlərə yeni kadrların cəlb olunması, peşəkarlığın artırılması və bütün sahələrdə şəffaflığın təmin edilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə, Dövlət Mahnı Teatrının direktoru Kazım Qasımov, Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyeva müvafiq sahələr üzrə təkliflərini səsləndiriblər.

Mission News Theme by Compete Themes.