Son yeniləmə: 23 Yanvar 2024 12:51
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərə dəstək məqsədli proqram və layihələr icrası 2023-cü ildə də davam edtdirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 23-də Agentlikdən məlumat verilib.
Bildirilib ki, qurum tərəfindən ötən il işəgötürənlərin fəaliyyətinin dəstəklənməsi, dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətlərin icrası da uğurla davam etdirilib: “Belə ki, 2023-cü ildəAgentlik tərəfindən sosial müdafiəyə xüsusi ehtiyac olan 2751 nəfər kvota iş yerlərinə işə qəbul olunub. Ötən il əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə müxtəlif sektorlardan olan işəgötürənlərlə əməkdaşlıq edilib, müqavilə bağlanmış işəgötürənlərin sayı 315-ə çatdırılıb. Proqram üzrə 1198 nəfər işlə təmin olunub”.
Məlumata əsasən, bundan başqa il ərzində işsiz və işaxtaran şəxslərin işlə təmin edilməsi və işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisas və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə rekord sayda – 129 əmək yarmarkası təşkil edilib: “İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlərdə ümumilikdə 1 min 809 müəssisə iştirak edib və işsiz və işaxtaran şəxslərə 22 min 494 vakansiya təqdim edilib. “Əmək və məşğulluq” altsistemində yaradılan vakansiya bankına təqdim edilən illik vakansiya dövriyyəsi 222 min 373 olub. Vakansiya təqdim edən işəgötürən sayı isə 11 min 872 təşkil edib. İşəgötürənləri Agüntliyin xidmətləri barədə məlumatlandırmaq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə isə 31 dəyirmi masa, 70 görüş təşkil edilib. Bu görüşlərdə ümumilikdə 500-dən çox işəgötürən iştirak edib”. Qeyd olunub ki, Penitensiar xidmətlə cəzaçəkmə müəssisələrində olan məhbusların və cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin məşğulluqlarının təmin olunması məqsədi ilə əməkdaşlığa başlanılıb.