BAYRAQDAR MEDİA – Qardaş ölkə Türkiyənin “Kolin İnşaat” şirkətinin də tərkib hissəsində olduğu “Koloğlu Holding”in qurduğu “Sefine” Gəmiqayırma Zavodunun ev sahibliyi etdiyi, Cümhurbaşqanı Recep Tayyip Erdoğanın və dövlət nümayəndələrinin iştirakı ilə “Mavi vətəndə güc: Yeni dəniz platformalarının təqdim edilməsi mərasimi” keçirilib.
Xəbəri “Kolin İnşaat” yayıb.
Bildirilir ki, təqdimatla Türkiyə Hərbi Dəniz Qüvvələrinin qüdrətini artıracaq milli gəmilər Türk Dəniz Qüvvələri Komandanlığının inventarına daxil edilib.
Xəbərdə deyilir ki, “dəniz donanmasının ikinci ən böyük gəmisi olan “TCG DERYA”nın və dünyada elektron döyüş qabiliyyətinə malik ilk və yeganə pilotsuz suüstü nəqliyyat vasitəsi olan “MARLIN SİDA”nın şanlı Türk Dəniz Qüvvələrində istifadəsinə başlanılıb”.
Xatırladılır ki, “Sefine” Gəmiqayırma Zavodu, “Kolin İnşaat” şirkətinin də daxil olduğu “Koloğlu Holding” tərəfindən yaradılıb.