Press "Enter" to skip to content

Ərizələrin qəbulu yanvarın 29-dək davam edəcək

Son yeniləmə: 23 Yanvar 2024 15:14

BAYRAQDAR MEDİA – Magistraturaya sənəd qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır: “İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu yanvarın 15-dən başlayıb və 29 yanvar saat 23:59-dək davam edəcək. 23 yanvar saat 09:00-a olan məlumata əsasən 6319 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi – 5730; rus bölməsi – 589)”.

Qeyd olunub ki, sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir: “Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz. Daha sonra bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Qeyd edək ki, imtahan 2024-cü il fevralın 11-də keçiriləcək.

Mission News Theme by Compete Themes.