Press "Enter" to skip to content

Denizlidə dəvə güləşi festivalı

Yarış zamanı

Son yeniləmə: 23 Yanvar 2024 17:10

“Bilal Baba” ilə “Çılgın Boran” yarışın qalibi olub

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi yörük mədəniyyətinin mühüm ənənəsi olan dəvə güləşi festivalını üçüncü dəfə təşkil edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Denizli Böyükşəhər Bələdiyyəsindən məlumat verilib.

Bildirilib ki, festivalda Bələdiyyə sədri Osman Zolan media təmsilçilərinə açıqlama verib.

Osman Zolan qaliblərə kuboku təqdim edərkən
Osman Zolan qaliblərə kuboku təqdim edərkən

O, deyib ki, Ənənəvi Türk İdman Oyunları Kompleksində 120 dəvə gərgin mübarizə aparıb: “Denizlidə fiziki sərmayələrlə yanaşı sosial və mədəni layihələrə də böyük əhəmiyyət verən Dənizli Böyükşəhər Bələdiyyəsi, yörük-türkmən mədəniyyətinin mühüm ənənəsi olan dəvə güləşi tədbirini üçüncü dəfə təşkil edir. İnşallah bundan sonra da yağlı güləş, dəvə güləşi, oxatma kimi ənənəvi idman tədbirlərimizi burada təşkil edəcəyik. Biz gənclərimizə və insanlara bu hissi yaşatmağa davam edəcəyik”.

Məlumata görə, festivalda Denizli ilə yanaşı, Aydın və Muğla başda olmaqla ətraf vilayətlərdən də 120 dəvə gərgin mübarizə aparıb: “Denizli və Ege bölgəsindəki yörüklər başda olmaqla yerli xalqın ən böyük əyləncələrindən biri olan, tarixi və mədəni ünsürlərin yaşatıldığı dəvə güləşində iştirak pulsuz olub. Güclü yağışa baxmayaraq, 120 dəvənin qızğın mübarizə apardığı güləş yarışlarını vətəndaşlar həyəcanla izləyib. Dənizli Böyükşəhər Bələdiyyə Başqanlığının Kuboku uğrunda final heç-heçə ilə bitib. Ayvacıklı “Bilal Baba” ilə Kumlucalı “Çılgın Boran” kuboku qazanıb. Denizli Valilik Kubokunun finalı da heç-heçə ilə bitib. Burada isə “Ünal” və “Kurşun” adlı pəhlivan dəvələr birinic yeri paylaşıblar”.

Mission News Theme by Compete Themes.