Son yeniləmə: 22 Yanvar 2024 16:09
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) hakim Ulusal Birlik Partiyasını (UBP) Lefkoşa İlçə Başqanlığının qərargahı təmirdən sonra istifadəyə verilib.
KKTC Baş naziri və hakim partiyanın sədri Ünal Üstel yeniləşən binada partiya üzvləri ilə görüşüb.
Bu barədə Kibristürk məlumat yayıb.
Bildirilib ki, “Ünal Üstel səfəri zamanı Lefkoşa İlçe başqanı, millət vəkili Ahmet Savaşan, rayon rəhbərliyi, təftiş və nizam-intizam şurasının üzvləri, gənclər və qadın qollarının sədrləri ilə də görüşüb. UBP-dən verilən məlumata görə, görüş zamanı partiyanın həyata keçirəcəyi Siyasi Akademiya və Lefkoşa rayonunun iş proqramı da müzakirə olunub”.