Press "Enter" to skip to content

Türkiyəyə banklarının Qırğızıstanda filiallarını açması təklif olunub

Görüş zamanı

Son yeniləmə: 22 Yanvar 2024 10:51

BAYRAQDAR MEDİA – Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinin Türkiyədəki ticarət nümayəndəsi Çingiz Toktobekov Türkiyənin xəzinə və maliyyə nazirinin müavini, Türkiyənin EXİMBANK-ın sədri Osman Çelik ilə görüşüb.

Veçernıy Bişkek xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ticarət nümayəndəsi Ç.Toktobekov Türkiyə ilə Qırğızıstan arasında ticari-iqtisadi əməkdaşlığın və sıx ticarət şəbəkəsinin inkişaf etdiyini qeyd edib. O, iki ölkə arasında iş aparan iri şirkətlər və sahibkarlar üçün pul köçürmələri məsələsi barədə də məlumat verib. Ticarət nümayəndəsi birgə layihənin həyata keçirilməsi üçün bir sıra təkliflərlə çıxış edib. Bu zaman xüsusilə, Türkiyə banklarının Qırğızıstanda güzəştli kreditlər üzrə filiallarının açılması haqqında təklif səsləndirilib.

Öz növbəsində nazir müavini O.Çelik iki ölkə arasında əməkdaşlığa görə minnətdarlığını bildirib. O, ticarət-iqtisadi sahədə birgə layihələr üzərində işləməyə hazır olduğu barədə məlumat verib. Nazir müavini Türkiyə İnvestisiya Fondu ilə əməkdaşlığın zəruriliyini də vurğulayıb.

Bu görüş çərçivəsində gözlənildiyi kimi, yaxın vaxtlarda İstanbulda Türkiyənin EXİMBANK-ın baş direktoru – Ali Güney və Ticarət və İnkişaf Bankının baş direktor müavini, Türkiyədəki nümayəndəsi ilə Ahmet Tutarla görüşün keçirilməsi planlaşdırılır.

Mission News Theme by Compete Themes.