Press "Enter" to skip to content

Turgut Altunok: Ankarada 73 faiz səs ala bilərik

Recep Tayyip Erdoğan və Turgut Altınok

Son yeniləmə: 22 Yanvar 2024 09:29

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə yerli seçkilərə hazırlıq davam edir. Bu arada Ankara Böyükşəhər Bələdiyyəsi sədrliyinə “Cümhur İttifakı”nın namizədi Turgut Altınok martın 31-də keçiriləcək yerli seçkilərdə paytaxtda 73 faiz səs toplamaq potensialına malik olduqlarını bildirib.

Bu barədə Anadolu Ajansını istinadən Türkgün Gazetesi məlumat yayıb.

Bildirilib ki, “T.Altınok, AK Parti Ankara İl Başqanlığı tərəfindən İller Bankası İctimai Təsislərində təşkil edilən Yenimahalle Təşkilatı Toplantısına qatılıb. Burada çıxış edən T.Altınok, Cümhuriyyət Xalq Partiyasının üzvü olub “sizə səs verəcəm” deyən vətəndaşların çox olduğunu deyib. O, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın son 5 ildə gördüyü heç bir işin olmadığını bildirib”.

Məlumata görə, Ankaranın 5 ildə 300 milyard lirəlik büdcə ilə idarə edildiyini xatırladan T.Altınok deyib: “Mənə Ankarada 30 milyardlıq bir iş göstərin. Bu seçkidə səsimiz sadəcə 5 illik üçün deyil. Bələdiyyə başçıları şəhərin 5 ilini idarə etmir, şəhərin gələcəyini də idarə edirlər. Mənə 3 milyardlıq bir əsər göstərin”.

Bu seçkinin paytaxt üçün çox əhəmiyyətli olduğunu dilə gətirən T.Altınok görəcəkləri işlər və yaradacaqları əsərlər barədə danışıb. O, Türkiyənin hər bölgəsindən insanların Ankaraya səfərə gələcəklərini qeyd edib.

Mission News Theme by Compete Themes.