Press "Enter" to skip to content

Seyitgazidə möhtəşəm qarşılanma

Növbəti görüş Seyitqazi məhəllsində olub

Son yeniləmə: 25 Yanvar 2024 13:54

Nebi Hatipoğlu: Hər kəsə necə xidmət edəcəyimizi göstərəcəyik

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə yerli seçkilərə hazırlıq gedir.

Bu arada AK Partinın Eskişehir Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Nebi Hatipoğlu yerli seçkilər öncəsi şəhərin müxtəlif yerlərində seçicilərlə görüşün davam etdirir. Növbəti görüş isə Seyitgazi məhəllsində olub.

Bu barədə məlumatı eskisehir.net saytı yayıb.

Bildirilib ki, “Görüşə qatılmaq üçün əraziyə gələn Nebi Hatipoğlu seyitqazililər tərəfindən musiqi və alqışlarla qarşılanıb. Bir dəqiqəlik sükut və İstiqlal Marşının oxunmasından sonra çıxış edən namizəd deyib ki, “Cumhur İttifakı” Türkiyənin sabahı və əbədi yaşaması üçün yaradılıb: “Sizin dəstəyinizlə biz bu ittifaqı irəli aparacağıq və vətəndaşlara necə xidmət edilməsini göstərəcəyik. Qarşımızda tam əks istiqamətdə davam edən, xidmət göstərməyən bir yanaşma var. Seyitgazidə hələ də rayonlaşma problemi var. Biz “Cümhur İttifakı” olaraq bütün problemləri həll edəcəyik. Allah bizə kömək olsun”.

Məlumata əsasən, görüşə AK Parti Eskişehir İl başqanı Süleyman Reyhan, MHP İl başqanı İsmail Candemir, partiyanın rayon başçıları və qadın qolları başçıları, MHP Seyitgazi Bələdiyyə sədrliyinə namizədi Erhan Erden və çox sayda vətəndaş qatılıb. Nebi Hatipoğlu Erdenə uğurlar diləyərək, “İnşallah, sizi başqan olaraq görəcəyik” deyib.

Qeyd edək ki, N.Hatipoğlu görüşlə bağlı özünün X sosial şəbəkə hesabından paylaşım da edib.

Mission News Theme by Compete Themes.