Son yeniləmə: 22 Yanvar 2024 17:43
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəman Vüsal Sumbatzadə Barat oğlunun Bakı şəhərində doğulan övladı Kənanın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə min manat vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 min manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür”.
Qeyd edilib ki, şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək. “Onlar bizə əmanət” layihəsi indiyədək 115 şəhid övladını əhatə edib.