Press "Enter" to skip to content

Regiondakı münaqişələrin tarixi 1948-ci ildən başlayır

Dos. Dr. Fatih Çağatay BAZ

Son yeniləmə: 6 Fevral 2024 11:29

Dos. Dr. Fatih Çağatay Baz: Baş verən hadisələr fonunda İranla Pakistan arasında münasibətlərdə eniş-yoxuşların olacağı və münaqişələrin davam edə biləcəyi gözlənilir

BAYRAQDAR MEDİA – “Orta Doğuda baş verən son hadisələrlə bölgədə sular isinməyə başlayıb. HƏMAS-ın İsrailə hücumu ilə başlayan hücumlar, İranda Qasım Süleymaninin məzarı yaxınlığındakı bombalı hücumlar, ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə atəş açması Orta Doğunu ayağa qaldırıb”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Doç. Dr. Fatih Çağatay Baz deyib.

Onun sözlərinə görə, bütün bu hadisələrlə yanaşı, Pakistanla İran arasındakı hərbi qarşıdurma xüsusilə diqqət mərkəzində oldu: “Məlum olduğu kimi yanvarın 16-da İrandan Pakistanın Sabz Koh bölgəsinə, ardınca isə yanvarın 18-də Pakistandan Seravana hücum olub. Bu hücumlar isə bölgədə tarixi ötən əsrin qırxıncı illərinə gedən münaqişənin yenidən alovlanması təhlükəsini ortaya qoyub”.

Müsahibimiz qeyd edib ki, regiondakı münaqişələrin tarixi, əslində 1948-ci ildən başlayır: “Hücumun baş verdiyi ərazilərdə “Ceyş əl-Ədl” və İranın silahlı qruplaşmalarının olması münaqişələri qaçılmaz edir. Həm Pakistan, həm də İran bir-birini zorakı qruplara sığınacaq verməkdə ittiham edir”.

Tərəflərin qarşıdurmanın dərinləşməməsi istiqamətində son bəyanatlaırna gəlincə, Doç. Dr. Fatih Çağatay Baz “Bütün bu baş verən hadisələr fonunda İranla Pakistan arasında münasibətlərdə eniş-yoxuşların olacağı və münaqişələrin davam edə biləcəyi gözlənilir” deyib.

Mission News Theme by Compete Themes.