BAYRAQDAR MEDİA – Yanvarın 23-ü saat 19:00-da YARAT Müasir İncəsənət Məkanının XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Rəngkarlıq və teatr bu gün” adlı müzakirə keçiriləcək.
Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “rəngkarlıq rəssamların daxili aləmindəki hisslərini, düşüncələrini xarici dünyanı rəngarəng ifadə edərək yaranan sənət formasıdırsa, teatr sözləri, hərəkəti və vizual elementləri birləşdirərək məna ifadə edən sənətdir. Tədbirdə qonaqlar – XX əsrin ikinci yarısı – XXI əsrin əvvəlləri müasir incəsənət üzrə mütəxəssis, sənətşünas, kurator Leonid Bajanov, tanınmış teatr rejissoru, “Fabrika” Teatrının yaradıcısı Robert Sturua, rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov müasir incəsənətdə bu iki sənət formasının vəziyyəti haqqında müzakirə aparacaq”.
Qeyd edək ki, tədbirə giriş sərbəstdir.