Son yeniləmə: 22 Yanvar 2024 14:40
BAYRAQDAR MEDİA – Denizlidi Böyükşəhər İstehsalçı Qadınlar Festivalı keçirilib.
Festivalın açılış proqramına fəxri qonaq kimi qatılan türk kinosunun əfsanələrindən biri Perihan Savaş denizlili qadınlarla görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Denizli Böyükşəhər Bələdiyyəsindən məlumat verib.
Bildirilib ki, “Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində keçirilən görüşdə AK Parti Denizli millət vəkili Nilgün Ök, Böyükşəhər Bələdiyyəsinin başçısı Osman Zolan, həyat yoldaşı Berrin Zolan, Şəhər Şurası sədri Ali Değirmenci, Şəhər Şurası Qadınlar Şurasının sədri Bilsen Özen də iştirak edib.
Məlumata görə, pərəstişkarlarının sıx marağı və sevgi nümayişi ilə salona gələn Perihan Savaş belə mühüm festivala qatıldığı üçün çox xoşbəxt olduğunu bildirib: “Tanınmış sənətçi P.Savaş, “Bu qədər qadının bu qədər gözəl məhsul istehsal etməsi və bu gözəlliklərin arxasında bələdiyyə sədrinin olması çox önəmlidir. Çünki qadınlarımız çox dəyərlidir. Bizi bir araya gətirən bu gözəl tədbiri təşkil etdiyinə görə başqan Osman Zolana təşəkkür edirəm, siz çox gözəl bir iş görürsünüz” deyib”.
Qeyd edilib ki, görüşün sonunda bələdiyyə sədri O.Zolan ustad aktyora xatirə hədiyyəsi təqdim edib.