BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri 211 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “Dünya Ekoloji Təhsil Günü ərəfəsində keçirilən görüş zamanı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən uşaqlara Azərbaycana xas balıq növləri, eləcə də balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə bağlı görülən işlər barədə məlumat verilib. Eyni zamanda, Xidmətin əməkdaşları məktəbliləri ölkə ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumatlandırıb, milli parklardan maraqlı və rəngarəng görüntülər təqdim edib, milli parklar haqqında broşürlər paylayıb”.
Tədbir çərçivəsində şagirdlərə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə dayanıqlı balıqçılıq və dəniz məhsullarının yetişdirilməsi və məhsuldarlığın artırılması (FISHCap) layihəsi çərçivəsində hazırlanan dərsdənkənar vəsait, məktəb ləvazimatları hədiyyə edilib.