Son yeniləmə: 22 Yanvar 2024 09:29
BAYRAQDAR MEDİA – Yanvarln 19-da QHT-lərə Dövlət Dəstəyi Agentliyində mədəniyyət sahəsində fəaliyyət göstərən bir qrup QHT sədrləri ilə görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, “əvvəlcə, 20 Yanvar ərəfəsində keçirilən görüşdə Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib”.
Məlumata görə, aparılan müzakirələrdə 20-dən çox QHT təmsilçisi bu sahədə fəaliyyətin gücləndirilməsi üçün müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.
Müxtəlif profil üzrə QHT-lərlə analoji görüşlər davam etdiriləcək.