Son yeniləmə: 22 Yanvar 2024 16:09
BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi naziri, “Yüksəliş” Təşkilat Komitəsinin üzvü Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərovla görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Sahil Babayev “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində keçirilən ilk görüşündə müsabiqə qaliblərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzu edib. Mentorluq proqramının gedişatı ilə bağlı məlumat verən nazir qaliblərin təcrübə imkanlarını artırmaları və potensiallarının inkişaf etdirilməsi üçün birillik fərdi inkişaf planının əhəmiyyətli təşəbbüs olduğunu vurğulayıb. Bundan əlavə, bu istiqamətdə qaliblərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri şərait yaradılaraq dəstək göstəriləcəyini əlavə edib. Əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan ardıcıl islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin, rəqəmsal texnologiyaların geniş tətbiqi işləri, gələcək sosial hədəflər barədə ətraflı məlumat verilib”.
Məlumata görə, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Toğrul Ələkbərov əmək və əhalinin sosial müdafiəsi nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan imkana və görüşə görə təşəkkür ediblər.