Press "Enter" to skip to content

Nazir Göyçayda təmirə ehtiyacı olan məktəbə baxış keçirib

Nazir məktəbdə

BAYRAQDAR MEDİA – Yanvarın 22-də elm və təhsil naziri Emin Əmrullayev Göyçaya səfəri zamanı təmirə ehtiyacı olan 9 nömrəli tam orta məktəbə baxış keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyindən (ETN) daxil olub.

Xəbərdə bildirilir ki, “məktəbdəki mövcud şəraitlə tanış olan nazir müvafiq şəxslərə təhsil müəssisəsində aparılacaq təmir işlərinin sürətləndirilməsi üçün tapşırıqlar verib. Məlumat verilib ki, cari ildə məktəbin layihələndirilməsi başa çatdırılacaq və dərhal sonra təmir işlərinə başlanılacaq”.

Qeyd edək ki, ötən il 40 təhsil müəssisəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təmir-tikinti işləri həyata keçirilib. Cari ildə 38 təhsil müəssisəsinin təmir-tikinti işləri aparılacaq. Hazırda layihələndirilməsi həyata keçirilən 32 təhsil müəssisəsinin isə təmir-tikintisi planlaşdırılır.

Təhsil müəssisələrinin təmir-tikintisi ETN-də dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində prioritetlik dərəcəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilir.

Mission News Theme by Compete Themes.