BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun çətin relyefli, sərt iqlim və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrində xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “mühəndis bölmələri tərəfindən təminat yollarının, rabitə və kommunikasiya xətlərinin daima işlək vəziyyətdə saxlanması üçün zəruri tədbirlər keçirilir. Şəxsi heyətin və avtomobil kolonlarının təhlükəsizliyi üçün hərəkət məhdudlaşdırılıb, təminat yollarının qardan təmizlənməsi növbəli şəkildə icra olunur”.
Qeyd edək ki, mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.