Press "Enter" to skip to content

Aşqabadda UNESCO üzrə Milli Komissiyasının iclası keçirilib

Aşqabad

Son yeniləmə: 22 Yanvar 2024 10:52

BAYRAQDAR MEDİA – Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun sədrliyi ilə Aşqabadda bu ölkənin UNESCO üzrə Milli Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən türkmenportali.com məlumat yayıb.

Bildirilib ki, “iclasda hökumət üzvləri, aidiyyəti nazirlik və idarələrin rəhbərləri iştirak ediblər. İclasda məlumat verilib ki, 2023-cü ildə Türkmənistan ilə UNESCO arasında 4 beynəlxalq sənəd imzalanıb. Bu, türkmən xalqının zəngin mədəni və təbii irsinin qorunub saxlanması və beynəlxalq miqyasda əhəmiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsinə imkan yaratmışdır”.

Məlumata görə, Türkmənistanın milli dəyərlərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində birgə səylərə xüsusi diqqət yetirilib: “İclas iştirakçıları UNESCO ilə 2024-cü ildə planlaşdırılan birgə tədbirlərə hazırlığın vacibliyini vurğulayıblar”. İclasda Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının cari il üçün iş planının layihəsinə də baxılıb.

Mission News Theme by Compete Themes.