BAYRAQDAR MEDİA – “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Qanım Bayrağımdadır” adlı ədəbi-bədii gecə keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “tədbirin keçirilməsində əsas məqsəd 20 Yanvar faciəsini gənc nəsilə bədii və yaradıcı kontekstdə çatdırmaq, onların tarixi faktlar əsasında maariflənməsinə nail olmaqdır.Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutacaq tədbirin əvvəlindəAzərbaycan Dövlət Rəsm Qalereyasının fondundan əsərlər sərgilənəcək”.
Qeyd edilib ki, ədəbi-bədii gecədə Qərbi Kaspi Universitetinin tələbələrindən ibarət xor kollektivi və musiqiçi gənclərin təqdimatında müxtəlif əsərlər, həmçinin Azərbaycan Tibb Universitetinin tələbələrinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar təqdim olunacaq.
Tədbirdə iştirak etmək istəyənlər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər: