Press "Enter" to skip to content

Azər Həsrətdən 20 Yanvar gerçəkləri ilə bağlı sərt açıqlama – VİDEO

Şəhidlər Xiyabanı

BAYRAQDAR MEDİA – Azərbaycan xalqı 34 il öncə yanvarın 20-də Sovet – əslində Rusiya dövlətinin qanlı təcavüzünə məruz qalmışdı. O günlərdə rus hərbi qüvvələri Bakıda qanlı olaylar törətməyə hazırlaşırdı. Məhz belə bir şəraitdə Azərbaycan xalqı dinc etiraz aksiyaları keçirərək milli heysiyyətini qoruyurdu. Bu şəraitdə isə heç kimin əlində silah yoxdu, ola da bilməzdi.

Bu sözlər Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrətə aiddir.

Azər Həsrət bəzi qrupların və mərkəzlərin Azərbaycan ictimai rəyini çaşdırmaq, xalqı o hadisələrdə günahlandırmaq üçün hətta film çəkərək yayımlamasına cavab olaraq bu fikirlərini əks etdirən video paylaşıb.

Azər Həsrət qeyd edib ki, bəzilərinin iddia etdiyi kimi, həmin o qanlı gecədə heç bir etirazçının əlində silah olmayıb, ola da bilməzdi.

Mission News Theme by Compete Themes.