Press "Enter" to skip to content

QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir vacib addım

Tədbir zamanı

Son yeniləmə: 19 Yanvar 2024 10:05

Agentlikdə şəhid ailələri, müharibə iştirakçıları ilə işləyən bir qrup QHT sədrləri ilə görüş keçirilib

BAYRAQDAR MEDİA – Yanvarın 18-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində şəhid ailələri, müharibə iştirakçıları ilə işləyən bir qrup QHT nümayəndələri ilə görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi müxtəlif təkliflər səsləndirib
Aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi müxtəlif təkliflər səsləndirib

Bildirilib ki, “görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib”.

Məlumata əsasən, aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi müxtəlif təkliflər səsləndirib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

Məlumata əsasən, müxtəlif profil üzrə QHT-lərlə analoji görüşlər davam etdiriləcək.

Mission News Theme by Compete Themes.