Son yeniləmə: 19 Yanvar 2024 11:07
Namizədlər isə hələ də məlum deyil
BAYRAQDAR MEDİA – Quzey Makedoniya vətəndaşları ölkə prezidentini seçmək üçün aprelin 24-də seçkiyə gedəcək. Lakin ictimaiyyət hələ bilmir ki, hansı namizədlər arasında seçim etməlidir.
Bu barədə Yeni Balkan məlumat yayıb.
Məlumatda qeyd edilib ki, siyasi partiyalarda prezidentliyə namizədlərin axtarışı davam edir: “Bu günə kimi namizəd kimi müəyyən edilən bir ad yoxdur. Digər tərəfdən, partiyalar mayın 8-də keçiriləcək parlament seçkilərində deputatlığa namizədlərini müəyyənləşdirməlidirlər”.
Lakin bu da son deyil. Belə ki, parlament seçkilərinə 100 gün qalmış formalaşmalı olan müvəqqəti seçki hökumətində iştirak edəcək şəxslərin yalnız bəziləri məlum olub.
Məlumata əsasən, vətəndaşlar prezident seçkilərinin birinci turu üçün aprelin 24-də, prezident və parlament seçkilərinin ikinci turunda isə mayın 8-də səsvermədə iştirak edəcəklər.