Son yeniləmə: 19 Yanvar 2024 15:21
BAYRAQDAR MEDİA – 2017-ci ildə Pamukkale Universitetinə (PAU) qarşı açılan FETÖ iddiasında saxlanıldıqdan sonra həbs edilən və daha sonra bəraət qazanan Pamukkale Universitetinin keçmiş rektoru Prof. Dr. Hüseyn Bağcı müəllim kimi işinə geri dönüb.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata görə, Prof. Dr. Hüseyn Bağcı yenidən Antalya Aralıq dənizi Universiteti Tibb Fakültəsi Tibbi Biologiya və Genetika kafedrasında müəllim vəzifəsinə qayıdıb və yenidən professor vəzifəsinə təyin edilib.