Press "Enter" to skip to content

İki qardaş ölkə hərbçiləri “Birləşik-2024” təlimində

Təlim zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Müdafiə Nazirliyi ilə qardaş Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə “Birləşik-2024” taktiki təlimi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “təlimə hazırlıq çərçivəsində Azərbaycanda səfərdə olan qazaxıstanlı hərbi qulluqçular Azərbaycan HDQ-nin dəniz piyadaları və xüsusi təyinatlıları ilə birgə şərti terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın azad edilməsi, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi, eləcə də digər tapşırıqları məşq edəcəklər”.

Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstanda keçiriləcək taktiki təlimdə əsas diqqət qüvvələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiləcək.

Mission News Theme by Compete Themes.