Son yeniləmə: 19 Yanvar 2024 11:08
BAYRAQDAR MEDİA – Bolqarıstanın turizm naziri Zaritsa Dinkova ilə Almaniya, Polşa və Türkiyədəki turizm attaşeləri arasında görüş keçirilib.
Radio Bolqarıstan xəbər verir ki, keçirilən onlayn iş görüşdə “Bolqarıstanın Şengenə üzv olması xarici turistlərin ölkəyə marağını artıracaq” qənaətinə gəlinib.
Bildirilib ki, “Şengenə qəbuldan sonra Türkiyəyə səfər edən Şengen vizası olan xarici turistlərin başqa viza məhdudiyyəti olmadığı üçün Bolqarıstana səfər fürsətindən yararlanması gözlənilir. Türkiyə Turizm Attaşesi Teodora Taşkova, “Şengen vizası olan 80 mindən çox Türkiyə vətəndaşı Bolqarıstana turizm məqsədi ilə səfər etmək hüququ qazanacaq” deyib”.