Press "Enter" to skip to content

Dünya Bankının Azərbaycanda həyata keçirdiyi proqramlar

Görüş zamanı

Son yeniləmə: 19 Yanvar 2024 15:57

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyində Dünya Bankının Davamlı İnkişaf üzrə regional direktoru ilə görüşdəBankla əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi müzakirə edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşüb. Görüşdə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi təqdim edilib. Yaşıl və dayanıqlı şəhərlər, rəqəmsallaşma,gəmiqayırma sənayesinin inkişafı, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, məşğulluğa dəstək və digər layihələr barədə məlumat verilib”.

Məlumata görə, Sameh Naquib VahbaDünya Bankının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsinin tərəfdaşlığı gücləndirəcəyini diqqətə çatdırıb. Regional direktor BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ev sahibi kimi Azərbaycanı təbrik edib. Təşkilatın COP29-la bağlı Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib”.

Görüşdə Azərbaycan və Dünya Bankı arasında işbirliyinin müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, qurumun Azərbaycanda xüsusilə şəhər, su və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi proqramlar və gələcək layihələr müzakirə edilib.

Mission News Theme by Compete Themes.