Son yeniləmə: 19 Yanvar 2024 14:18
BAYRAQDAR MEDİA – Türkiyədə 2024-cü il İnvestisiya Proqramının qəbulu və həyata keçirilməsi ilə bağlı Cümhurbaşqanının qərarı “Resmi Gazete”də dərc edilib.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, “Proqrama əsasən Denizlidə növəbti xəstəxana tikiləcək. 80 min kvadratmetr sahədə tikiləcək yeni dövlət xəstəxanasının tikintisinə bu il başlanacaq”.
Məlumatda deyilir ki, 2026-cı ildə tamamlanması planlaşdırılan xəstəxananın ümumi dəyəri 6 milyon 400 milyon lirə olaraq təyin edilib.
Bu ilki vəsaitin 50 milyon lirə olacağı gözlənilir. Proqrama əsasən, Denizli Şəhər Xəstəxanası və PAU Diş Təcrübəsi Xəstəxanasına da büdcə ayrılıb.