Son yeniləmə: 19 Yanvar 2024 15:59
BAYRAQDAR MEDİA – 2023-cü ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 4,3 faiz artıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 19-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirlib ki, “01 yanvar 2024-cü il tarixinə ölkə üzrə 1 milyon 823 min 757abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1 milyon 750 min 522-si və ya 96 faizi əhali, 73 min 235-ivə ya 4 faizi qeyri-əhali qrupu abunəçiləridir. İl ərzində abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, Mənzil Tikinti Kooperativlərindən yeni abonentlərin qeydiyyata alınması, eləcə də içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib”.
Məlumata əsasən, yanvarın 1-i tarixinə abonentlərin 90,2 faizi sayğacla təmin olunub: “Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,9 faiz, qeyri əhali qrupu üzrə isə 95,9 faiz təşkil edir”.