Press "Enter" to skip to content

20 Yanvar qurbanları anılıb

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Yanvarın 19-da AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə öncə şəhidlərin və Ulu Öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə MEK-in direktoru, Prof. Məmməd Əliyev çıxış edərək 20 Yanvar hadisələrindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqı “şəhid” sözünü ilk dəfə o zaman eşitdi. Professor çıxışı zamanı 20 Yanvar hadisələrinə ilk etirazı Ulu Öndər Heydər Əliyevin bildirdiyini xatırladıb. M.Əliyev Azərbaycanın 30 illik işğal altında qalan torpaqlarını azad etməsi haqda danışarkən qeyd edib ki, bununla bütün şəhidlərin qanı yerdə qalmadı. Çıxışının sonunda direktor bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Mission News Theme by Compete Themes.