Son yeniləmə: 18 Yanvar 2024 13:55
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə yeni layihəyə başlanılır.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 18-də BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, “Məktəblilər “Ədibin Evi”ndə” adlı layihənin həyata keçirilməsinin əsas məqsədi məktəblilər arasında mütaliə vərdişlərinin genişləndirilməsi, ədəbiyyata marağın artırılması, şagirdlərin məşhur ədəbi simalar və onların yaradıcılıq nümunələri ilə tanışlıq imkanlarının təmin olunmasından ibarətdir. Layihə çərçivəsində məktəblilərin “Ədibin Evi”nə ziyarətləri təşkil olunacaq”.
Bildirilib ki, “müxtəlif mövzuları əhatə edəcək layihədə iştirak edən şagirdlər interaktiv tapşırıqlar yerinə yetirəcəklər. Qeyd edək ki, yanvarın 26-da keçirilməsi nəzərdə tutulan ilk görüşdə Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdləri “Müstəqilliyə aparan yol” mövzusunda dinləmələrdə iştirak edəcəklər”.