Son yeniləmə: 18 Yanvar 2024 14:27
BAYRAQDAR MEDİA – Energetika Nazirliyində İctimai şuranın sədri və üzvlərinin, həmçinin nazirliyin nümayəndələrinin iştirakı ilə növbəti iclas keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “iclasda şura tərəfindən 2024-cü ildə görülməsi nəzərdə tutulan işlər və qarşıda duran məsələlər müzakirə olunub”.
Məlumata əsasən, aparılan geniş müzakirələr zamanı İctimai şura üzvlərinin təklifləri nəzərə alınaraq 2024-cü il üçün fəaliyyət planı, İctimai şura üzvlərinin etik davranış qaydaları və şuranın Reqlamenti təsdiqlənib.