Press "Enter" to skip to content

Fars-molla rejiminin basqıları davam edir

Hamid Qaraoğlani

BAYRAQDAR MEDİA – Urmiya zindanında həbsdə olan Güney Azərbaycanlı öyrənci Hamid Qaraoğlani aclıq aksiyasının üçüncü günündə saxlanıldığı həbsxanada təkadamlıq kameraya köçürülüb.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bildirilir ki, ədalətsiz şəkildə 13 il 3 aylıq həbs cəzasına baxılmaması və məhkəmə orqanlarının onun tibbi məzuniyyətə buraxılmasına icazə verməməsi öyrəncinin yanvarın 14-dən aclıq aksiyasına başlamasına səbəb olub.

Tehranın Şəhid Beheşti Universitetinin öyrəncisi olan Hamid 2020-ci il iyunun 27-də İranın ETTELAAT Nazirliyi tərəfindən həbs edilib və həmin il iyulun 16-da Urmiya zindanına köçürülüb.

Qeyd olunub ki, güneyli öyrənci 2020-ci ildə məhkəmədə 14 il həbs cəzası alıb, ikinci iclasda isə ona edam cəzası verilib, lakin daha sonra onun üçüncü iclası keçirilib və “rəhbəri (Xameneyi) təhqir etmək”, “hakimiyyətə qarşı təbliğat aparmaq”, “müxalif qruplara qoşulmaq” və “İsraillə əlaqə qurmaq” ittihamları ilə 13 il 3 ay həbs cəzasına məhkum edilib.

Mission News Theme by Compete Themes.