Son yeniləmə: 18 Yanvar 2024 17:03
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü il ərzində 50,7 min şəxsə əlillik təyin edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya ƏƏSMN-dən məlumat verilib.
Məlumata görə, onlardan 25,2 mininə ilkin, 25,5 mininə təkrar əlillik təyinatı aparılıb: “Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub. Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 87,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib”.