Press "Enter" to skip to content

195-1 Çağrı Mərkəzinə altı yüz minə yaxın müraciət olub

Son yeniləmə: 18 Yanvar 2024 10:16

BAYRAQDAR MEDİA – 2023-cü il ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə ümumilikdə 590440 müraciət olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə 2023-cü il ərzində 512 min 684 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 590 min 440 müraciət olub. Müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib”.

Məlumata görə, daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb: “Qeyd edək ki, Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Göstərilən xidmətlər ödənişsizdir”.

Mission News Theme by Compete Themes.