BAYRAQDAR MEDİA – Türkiyənin yerli və milli avtomobili olan Togg-un T10X modeli üçün həyəcanlı bir proses başlayır.
Bu barədə Türkgün Gazetesi məlumat yayıb.
Məlumatda deyilir: “Yanvarın 20-dən etibarən bütün fərdi istifadəçilər üçün sifariş ekranları açılacaq və bu möhtəşəm aləti əldə etmək üçün yeni müraciətlər qəbul edilməyə başlayacaq. 2023-cü il tirajında bəxtindən istifadə edə bilməyənlər üçün bu gündən etibarən Togg sahibi olmaq üçün müraciətlər başlayıb. Amma bu dəfə lotereya yoxdur”.
Qeyd edilib ki, lotereyada iştirak edənlər üçün son sifariş günü 19 yanvar müəyyən edilib: “Yanvarın 20-dən etibarən ümumi sifariş dövrü başlayacaq və bütün fərdi istifadəçilərə sifariş vermək imkanı təqdim olunacaq”.
O da vurğulanıb ki, Togg-un yerli və milli resurslarla istehsal olunacaq yeni modeli T10F təqdim edilib: “Elektrikli avtomobil ən uzun məsafəyə malik fastback modelləri arasında olacaq və 2025-ci ildə istehsal xəttini tərk edəcək”.
Togg T10X 2024 yılı sipariş dönemi başlıyor. Kullanıcılarımızın sipariş verebilecekleri tarihler şöyle:
6-10 Ocak: 2023 yılında yapılan çekilişimizde yedek listede yer alan ve konfigürasyon yenileme yapmak isteyen kullanıcılar
15-19 Ocak: 2023 yılında yapılan çekilişe katılıp… pic.twitter.com/ojPGJPpLoL
— Togg (@Togg2022) January 4, 2024