BAYRAQDAR MEDİA – Güney Azərbaycan Milli Hərəkatının fəalı Şahin Bərzgərin həyat yoldaşı Asena Şəbani yanvarın 16-da Təbrizin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinə çağırılıb.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, milli fəal bu haqda Instagram hesabında məlumat verib. O qeyd edib ki, xanımı bundan öncə də sözügedən idarəyə çağırılıb.
O da qeyd olunur ki, xanımın idarəyə çağırılmasına səbəb stadionda Güney Azərbaycanın “Traktor” və BƏƏ-nin “Şarja” futbol komandaları arasında keçirilən oyunda iştirak etməsi olub. Asena Şəbani bu çağırışı qanunsuz hesab edib.