Son yeniləmə: 17 Yanvar 2024 20:08
BAYRAQDAR MEDİA – Yanvarın 17-də xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindn məlumat verilib.
Bildirilib ki, “səfəri çərçivəsində nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı və yüksək səviyyəli yerli və xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub”.