Son yeniləmə: 17 Yanvar 2024 15:04
BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüş yanvarın 18-də paytaxtdakı 276 nömrəli tam orta məktəbdə olacaq: “Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar olacaq. Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək. Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır”.