Press "Enter" to skip to content

Türkmənistanın baş konsulu İstanbul valisi ilə görüşüb

Görüş zamanı

Son yeniləmə: 16 Yanvar 2024 17:21

BAYRAQDAR MEDİA – Yanvarın 15-də Türkmənistanın İstanbuldakı baş konsulu Məhəmmədnur Ovezov ilə İstanbul valisi Davut Gül arasında görüş keçirilib.

Bu barədə salamnews.tm saytı məlumat yayıb.

Bildirilib ki, “görüş zamanı tərəflər ticarət-iqtisadi, təhsil, mədəni-humanitar məsələləri müzakirə ediblər. İki ölkənin şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulmasına, o cümlədən Arkadağ və İstanbul şəhərləri arasında əməkdaşlıq imkanlarına xüsusi diqqət yetirilib”.

Məlumata əsasən, bundan əlavə, tərəflər İstanbulda yaşayan türkmənlərlə birgə keçiriləcək müxtəlif mədəni tədbirləri müzakirə ediblər: “Türkmənistanlı diplomat ölkəmizin qardaş xalqlar arasında ikitərəfli əlaqələrin daha da inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb və valiyə Türkmənistan Prezidenti Serdar Berdimuhamedovun “Gənclər – ölkənin əsası” adlı yeni kitabını təqdim edib”.

Mission News Theme by Compete Themes.