Press "Enter" to skip to content

Səmərqənd daha çox turisti qəbul etməyə hazırdır

Səmərqənd

Son yeniləmə: 16 Yanvar 2024 14:17

BAYRAQDAR MEDİA – 2024-cü il üçün Səmərqənd MDB-nin mədəniyyət paytaxtı elan edilib. Fəxri status Özbəkistan şəhərinə Sankt-Peterburqdan keçib.

Bu barədə MIR 24-ə istinadən salamnews.tm saytı məlumat yayıb.

Bildirilib ki, “bu, Səmərqəndə daha çox turist cəlb etməlidir, baxmayaraq ki, artıq hər il bir milyondan çox səyahətçi ora gəlir”.

Məlumatda qeyd edilir ki, təxminən 2800 yaşı olan Səmərqənd Özbəkistanın “turistik məkkəsi”dir: “Dünyanın hər yerindən səyahətçilər buraya gəlirlər. Səmərqəndə hər il dünyanın müxtəlif yerlərindən şərqşünaslar, arxeoloqlar, muzey işçiləri – 40 ölkədən 400-ə yaxın alim gəlir. Səmərqənd 2024-cü il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu status böyük şəhərə təkcə Özbəkistanın deyil, bütün Orta Asiyanın turizm qapısına çevrilmək imkanı verəcək”.

Mission News Theme by Compete Themes.