Press "Enter" to skip to content

 Qvatemala Prezidentinin andiçmə mərasimi keçirilib

Mərasimdən xatirə fotosu

Son yeniləmə: 16 Yanvar 2024 14:16

Azərbaycan da mərasimdə təmsil olunub

BAYRAQDAR MEDİA – Azərbaycanın Qvatemaladakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş prezidenti BernardoArevalo de Leonun andiçmə mərasimində iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, “paytaxt Qvatemalada MigelAnxelAsturias adına Mədəniyyət Mərkəzində keçirilmiş andiçmə mərasimi zamanı M.Talıbov Qvatemalanın yeni dövlət başçısı olan Bernardo Arevalo de LeonaQvatemala xalqı üçün bu tarixi gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Bu il Qvatemala ilə ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirən səfir, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib”.

Məlumata görə, təşəkkürünü bildirən Qvatemala Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib: “Prezident B.Arevalo məlum olduğu kimi hakimiyyət keçidinin heç də asan olmadığınıqeyd edərək, Azərbaycan hökumətinin bu mərasimdə təmsilolunduğuna görə səfirə təşəkkür edib, həmçinin Qvatemala ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. Eyni zamanda andiçmə mərasimindən bir gün öncə keçmiş prezident Alexandro Ciammatei tərəfindən tədbirdə təmsil olunan yüksək səviyyəli qonaqlar və ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləriüçün təşkil edilən vida mərasimində iştirak edən M.TalıbovA.Ciammateiyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdıraraq, onun prezidentliyi müddətində ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu bildirib.Prezident A.Ciammatei öz növbəsində təşəkkürünü bildirərək, onun da salamlarını və xoş arzularını prezident İlham Əliyevə çatdırmağı xahiş edib”.

Mission News Theme by Compete Themes.