BAYRAQDAR MEDİA – Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın tərkibi yenilənib.
Bu haqda qurumun yanvarın 16-da yaydığı xəbərdə bildirilir.
Qeyd edilir ki, müvafiq seçki komissiyasının açıqladığı səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 38 şəxsdən 13-ü səs çoxluğu toplayaraq Şuraya üzv seçilib.
Nazirlik Şuranın yeni üzvlərinin siyahısını da təqdim edib:
1. IDEA İB üzvü – Ağayeva Zərxanım Tofiq qızı;
2. “Ekosfera” Ekoloji-sosial Mərkəzin sədri – Sultan-zadə Firuzə Vəhdət qızı;
3. “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İB sədri – Yusifov Elman Fərhad oğlu;
4. “Bioloji Müxtəliflik Mərkəzi” İB üzvü – Əsgərov Elşad Köçəri oğlu;
5. “Sudan istifadə sahəsində mütəxəssislər” İB üzvü – Məmmədov Amin Fəramiz oğlu;
6. “Sağlam Həyata Doğru” Ekoloji İB İdarə Heyətinin üzvü – Abbasov Rövşən Xanış oğlu;
7. “Azərbaycan Kartoqraflar” İB sədri – Bayramov Müqabil Tofiq oğlu;
8. “Azərbaycan Təbiətin Mühafizəsi Cəmiyyəti” İB sədri – İsrafilov Zurab Sabir oğlu;
9. “Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası” İB sədri – Dostiyari Emin Nadir oğlu;
10. “Azərbaycan Botaniklər Cəmiyyəti” İB üzvü – Abiyev Yusif Tahir oğlu;
11. “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İB sədri – Ağababayeva Tükəzban Nahin qızı;
12. “Qırmızı Ürəklər” Fondu, vitse-prezident – Poladov Yusif Canəli oğlu;
13. “Gənclərin Tərəqqisinə Dəstək” İB üzvü – Kərimli Kənan İnqilab oğlu.
Nazirlik qeyd edir ki, seçki prosesinə 2023-cü il noyabr ayının 15-dən başlanılıb. Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı dekabr ayının 13-dək davam edib.
Xatırladılır ki, ETSN yanında İctimai Şura 2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədlə yaradılıb.