Son yeniləmə: 16 Yanvar 2024 08:27
Min beş yüzdən artıq ev təsərrüfatı sabit şəbəkə telefon xətti ilə təmin olunub
BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə min beş yüzdən artıq ev təsərrüfatı sabit şəbəkə telefon xətti ilə təmin olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “nazirlik tərəfindən 2023-cü ildə artan tələbat fonunda əhalinin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərinin Əliqulu Qəmküsar küçəsində, Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Xok kəndində müasir avadanlıqlar quraşdırılıb və paylayıcı şəbəkə yenilənib”.
Qeyd edilib ki, bu layihələrin həyata keçirilməsi mövcud resurslar və ehtiyatlar hesabına nazirliyin və tabeli qurumların mütəxəssisləri tərəfindən həyata keçirilib.