BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında qorunan nəşrlər sırasında tədqiqatçı-pedaqoq Əhmədəli Əliyevin “Azərbaycan dilinin Meğri şivələri” (ikinci nəşr) monoqrafiyasıdır.
Monoqrafiya Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Nəşrdə bildirilir ki, monoqrafiyada ilk dəfə olaraq qədim Zəngəzurun cənub qurşağında yerləşən Meğri ərazisindəki Nüvədi, Aldərə, Vartanizor, Ernəzir, Lehvaz, Maralzəmi, Tuğut kənd şivələri öyrənilib. Müəllif bu şivələrin fonetik, leksik, morfoloji və sintaktik xüsusiyyətlərini zəngin dil materialları əsasında tədqiq etməklə yanaşı, ərazinin bütövlükdə türkmənşəli olan toponimlərini küll halında oxuculara çatdırır.
Qeyd edək ki, ikinci nəşrin redaktoru Bakı Dövlət Universitetinin kafedra müdiri, Prof. Abbas Abbasov, rəyçiləri isə filologiya elmləri doktoru, Prof. Elbrus Əzizov, filologiya elmləri doktoru, Prof. İbrahim Bayramovdur.