BAYRAQDAR MEDİA – Fransa Senatı yanvarın 17-də Azərbaycanı müzakirə edəcək. Qurumun saytında yayımlanan məlumatda bildirilir ki, müzakirə nəticəsində “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünə qarşı” qətnamə qəbul ediləcək.
O da bildirilir ki, qətnamədə “Azərbaycanın Ermənistana istənilən təcavüz cəhdi və sonuncunun ərazi bütövlüyünün pozulması” ilə bağlı məsələ də əks ediləcək.
Qətnamə layihəsində Azərbaycana qarşı sanksiyaların tətbiqi və erməni əhalinin Qarabağa qayıdışının təminat tələbi də yer alıb…