Son yeniləmə: 16 Yanvar 2024 16:29
BAYRAQDAR MEDİA – Qazaxıstanla Yaponiya arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Bu barədə el.kz məlumat yayıb.
Bildirilib ki, “Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev və Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye nazirinin müavini R.Kozuki ikitərəfli görüş zamanı ekologiya, meşə təsərrüfatının və canlı təbiətin inkişafı sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Erlan Nısanbayev qeyd edib ki, ətraf mühitin mühafizəsi və ekoloji innovasiyaların tətbiqi sahəsində böyük təcrübəyə malik Yaponiya Qazaxıstanın ən böyük iqtisadi tərəfdaşlarından biridir. Həmçinin Qazaxıstan tərəfinin Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun layihəsini işləyib hazırladığı və baxılması üçün yapon tərəfinə göndərildiyi açıqlanıb”. Görüşün sonunda tərəflər bir-birinə təşəkkür edərək, hər iki ölkənin mənafeyi naminə qarşılıqlı əməkdaşlığın daha da gücləndiriləcəyinə əminliklərini ifadə ediblər.