BAYRAQDAR MEDİA – İşğaldan azad edilmiş ərazilərdə – Ağdam, Tərtər, Xocalı, Kəlbəcər, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında inşası nəzərdə tutulmuş bərk məişət tullantıları poliqonları, Füzuli və Zəngilan rayonlarında isə ötürücü məntəqələr üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ictimai dinləmə keçiriləcək.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “yanvarın 19-u saat 16:00-da ETSN-də təşkil olunacaq tədbirdə sifarişçilər, layihə icraçıları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflərin iştirakı nəzərdə tutulub”.