Press "Enter" to skip to content

“Bu tamaşanı tariximizi unutmamaq üçün izləməliyik”

Elman Rəfiyev

BAYRAQDAR MEDİA – Yanvarın 20-si saat 18:00-da Dövlət Pantomima Teatrında “Xocalı bu olub” tamaşası nümayiş olunacaq.

Teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev BAYRAQDAR MEDİA-ya tamaşa ilə bağlı məlumat verib: “Adından bəllidir ki, tamaşa Xocalı faciəsi ilə bağlıdır və dövlət sifarişi ilə hazırlanıb. Bu tamaşa Xocalı faciəsi gününə təsadüf etdiyi vaxtlarda bir çox xarici ölkələrdə nümayiş olunub. Bildirim ki, biz bu tamaşanı bir neçə il öncə Varşavada, ondan əvvəl Bolqarıstanda oynamışıq. Artıq bu, bizim teatrımızın ikinci dəfə müraciət etdiyi bir tamaşadır. Onu da deyim ki, bizim Xocalı faciəsinə həsr olunmuş “Unutmayaq” adlı tamaşamız da vardı. Həmin tamaşanı Berlində, Parisdə oynamışdıq. Amma hazırkı tamaşa indi teatrımızın repertuarındadır. Tariximizi unutmayaq deyə bu tamaşanı izləməyi hər kəsə məsləhət görürəm. Bildirim ki, həmin günü tamaşaya giriş sərbəstdir”.

Qeyd edək ki, tamaşanın ideya müəllifi, quruluşçu rejissoru və plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, rəssamı Sənubər Səmədova, musiqi tərtibatıçısı isə Əməkdar artist Bəhruz Əhmədlidir.

Mission News Theme by Compete Themes.